19 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

İt qar altında qalmış uşağı xilas etdi - FOTO

28.12.2018

Fransanın Savoya rayonunda yerləşən dağ-xizək kurortunda bir saata yaxın qar uçqunu altında qalmış 12 yaşlı uşaq möcüzəvi şəkildə xilas olunub.
"Dövran Media" "RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda yerli hüquq-mühafizə orqanları məlumat yayıb.
"Bir saata yaxın qar uçqunu altında qalmış uşaq Jetro adlı it və bələdçi serjant Rafael S. tərəfindən xilas edilib. Onların gördüyü iş, həqiqətən, alqışa layiqdir. Çünki 15 dəqiqədən çox qar altında qalmış canlı insanı tapmaq əsl möcüzədir”, - deyə jandarmeriyanın "Twitter” hesabında deyilir.