25 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qadınlar yalnız bu halda stadiona buraxılacaq: ŞƏRTLƏR

25.12.2018

İran məhkəmə sisteminin sədr müavini Hacı Sadiqi qadınların stadionda futbol izləyə bilmələri üçün iki şərt irəli sürüb.
"Dövran Media" xəbər verir ki, o, qadınların "qaydaları pozmadığı”, kişi idmançıların isə "naməhrəm hissələrinin örtülü olduğu” təqdirdə qadınlara stadionlarda idman yarışlarını izləməyə icazə verilə biləcəyini deyib:
"Bundan başqa, dövlət və stadion nümayəndələri qadınlar stadionlarda olan zaman kişi azarkeşlər tərəfindən qeyri-etik şüarların səsləndirilməməsinə nəzarət etməlidirlər. İslam dininə görə, naməhrəmin bədənini görmək haram olduğundan, dövlətin bu xüsusda da tədbirlər planı var”.
Qeyd edək ki, iranlı axundlar kişi idmançıların iştirak etdiyi yarışlara qadınların baxmasını qadağan ediblər. Buna görə də İranın nüfuzlu qadınları Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (FİFA) müraciət edərək, tədbir görülməsini istəyiblər.