19 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Azərbaycana qış gəldi

23.12.2018

Bu gün Azərbaycana qış fəsli daxil olub.
"Dövran Media" xəbər verir ki, bu haqda Trend məlumat yayıb.
AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, qış fəslinin gəlişi dekabrın 22-dən 23-ə keçən gecə, Bakı vaxtı ilə saat 02:22-də baş verib.
Həmin tarixdə payız fəsli başa çatıb, ölkə ərazisinə qış fəsli daxil olub.
X.Mikayılov qeyd edib ki, Yer "Qış günəş duruşu"ndan keçdikdən sonra günlər uzanacaq, gecələr qısalacaq: "Amma biz dekabrın 26-dək gündüzün uzanmasını hiss etməyəcəyik. Ancaq 1 həftədən sonra - hər 2-3 gündən bir gecələrin 1 dəqiqə qısaldığını müşahidə edəcəyik".
Qeyd edək ki, ötən gecə Günəş üfüqdən ən minimum nöqtədə olub. Günəş şüalarının istiqaməti ilə Yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir ki, buna "Qış günəş duruşu" deyilir.