25 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Evdə tək" qayıtdı - VİDEO

20.12.2018

Kiçik yaşlarında "Home Alone" ("Evdə tək") filminə çəkilərək dünyaca məşhurlaşmış amerikalı aktyor Makoley Kalkin həmin filmdəki səhnələrin təkrarına çəkilib.
"Dövran Media" TMZ-yə istinadən bildirir ki, daha doğrusu, 39 yaşlı aktyor "Google Assistant"ın reklamına çəkilib.
Kevin MakKallister rolunu oynayan M.Kalkin yenə Yeni İl bayramında evdə tək qalır. Aktyorun üzləşdiyi bütün problemlərin həllinə "Google Assistant" yardım edir.
Sosial şəbəkələrdə sürətlə populyarlaşan videonu artıq "İlin ən yaxşı reklamı" adlandırırlar.
Rejissor Kris Kolambusun "Home Alone" komediyası 1990-cı ildə ekranlara çıxıb. 2011-ci ilədək bu film ABŞ-da ən populyar komediya idi. Çəkilişinə 18 milyon dollar sərf olunmuş lent studiyaya 476 milyon dollar xalis gəlir verib.