25 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Uaylder qələbəsiz çempion kəmərini saxladı

02.12.2018

Los-Ancelesdə WBC versiyası üzrə ağır çəkidə dünya çempionu amerikalı boksçu Deontey Uaylderlə sabiq dünya çempionu irlandiyalı Tayson Fyuri ilə döyüş heç-heçə sona çatıb.
"Dövran Media"nın xəbərinə görə, hakimlərdən biri qələbəni Uaylderə (115:111), digəri isə Fyuriyə (114:110) verib, daha bir hakim isə heç-heçə qeydə alıb (113:113). Nəticədə amerikalı boksçu çempion kəmərini özündə saxlayıb.
Qeyd edilir ki, amerikalı boksçu irlandiyalı rəqibini iki dəfə nokdauna göndərib – 9 və 12-ci raundlarda.
Bu D.Uaylderin ilk bərabərliydir. Amerikalı boksçu bundan əvvəlki 40 döyüşün hamısında qələbə qazanıb,  onlardan 39-nu nokautla.
Öz növbəsində Fyuri də peşəkar rinqdə 27 döyüşdə məğlub olmayıb.