19 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Basketbolçu başı ilə xal qazandı - VİDEO

22.11.2018

Rusiyanın "Ximki" klubunun basketbolçusu Cordan Miki Avroliqada Monteneqronun "Buduçnost" komandasına qarşı görüşdə komandasına qeyri-adi zərbə ilə xal qazandırıb. 
"Dövran Media" xəbər verir ki, 24 yaşlı idmançı istəmədən başı ilə topu səbətdən keçirib. Onun komanda yoldaşı Stefan Markoviç Mikiyə ötürmə vermək istəyib. Top isə onun başına dəyərək səbətə daxil olub. 
Qarşılaşma 85:69 Rusiya təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Cordan Miki bu qarşılaşmada 17 xal toplaya bilib və məhsuldarlığa görə komanda yoldaşı Aleksey Şveddən 5 xal geri qalıb.