19 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Bu gün onun DOĞUM GÜNÜDÜR

20.11.2018

Qədir Rüstəmov 1935-ci ildə 20 noyabrda Ağdam rayonunda anadan olmuş və burada xanəndə kimi yetişmişdir.
Əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri almış, sonradan Ağdamda təhsilini davam etdirmişdir. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi məşhurlaşmışdır.
Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – "Rast”, "Çahargah” lentə alınaraq radionun fondunda saxlanılır. Onun ifasında "Sona bülbüllər” mahnısı xüsusilə sevilir.
Yüksək testituralı səsə malik Qədir Rüstəmov bütün registrlərdə səs keyfiyyətini nümayiş etdirməyi bacarır.
14 dekabr 2011-ci ildə Türkiyənin İstanbul şəhərində vəfat etmiş və Bakı şəhərində dəfn olunmuşdur.