25 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Alim İsaxan Vəliyevin DOĞUM GÜNÜDÜR - Tanıyaq

15.11.2018

İsaxan Veysəl oğlu Vəliyev 1958-ci il noyabr ayının 15-də Şamaxı şəhərində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş, Yasamal Rayon Prokurorluğunun müstəntiqi kimi əmək fəaliyyətinə başlamışdır. İ.Vəliyev 1987-ci ildə Azərbaycan Respublikası Prokurorluğunun ümumi nəzarət şöbəsinin rəisi vəzifəsində işləmişdir.
İsaxan Vəliyev 1989-cu ildə SSRİ Prokurorluğu tərəfindən Bakı şəhər prokuroru vəzifəsinə təyin olunmuşdur. Respublika baş prokurorunun müavini vəzifəsində işləmişdir. Baş ədliyyə müşaviri və ədliyyə polkovnikidir.
Elmi fəaliyyəti
Hüquq-mühafizə orqanlarında çalışdığı müddətdə İ.Vəliyev elmi araşdırmalar aparmış və 1992-ci ildə "Cinayət hüququ" ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. İ.Vəliyev göndəriş əsasında Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Moskva Universitetinin doktoranturasına qəbul edilmiş və 2005-ci ildə həmin universitetin elmi şurasında "Dövlət hakimiyyəti sistemində prokurorluğun yeri: Rusiya Federasiyası, Azərbaycan Respublikası və Qazaxıstan qanunvericiliyinin müqayisəli təhlili əsasında" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Diplom Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tanınmışdır.
İsaxan Vəliyev 4 monoqrafiyanın (bunlardan biri Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Moskva Universiteti elmi şurasının qərarı ilə Moskva şəhərində çap edilmişdir), 2 dərs vəsaitinin və 50-dən artıq elmi məqalənin müəllifidir. İ.Vəliyev "Cinayət hüququ" ixtisası üzrə Rusiya Federasiyasının Biblioqrafik toplusuna adı düşmüş ilk azərbaycanlı hüquqşünas-alimdir. 2007-ci ilin may ayından etibarən o, Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda Cinayət hüququ və cinayət prosesi şöbəsinin müdiri vəzifəsində çalışır.-
Azərbaycan Respublikası Baş Prokururunun müavini vəzifəsində çalışarkən "Prokurorluq" haqqında qanun layihəsinin işlənib hazırlanmasında xüsusi əməyi olmuşdur. İ.Vəliyevin "Об объективной стороне преступления" adlı monoqrafiyası (Moskva 2009) MDB dövlətləri hüquqşünasların eyni adlı əsərləri içərisində ən uğurlusu hesab ediləcək müsabiqənin qalibi hasab edilmiş və Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Moskva Universitetinin Elmi Şurası tərəfindən çapa məsləhət görülmüşdür.
İsaxan Vəliyev Rusiya Ali Attestasiya Komissiyasının siyahısına daxil olmuş 2 jurnalın redaksiya heyətinin üzvüdür. O, Rusiyada çap edilən bir neçə beynəlxalq hüquq jurnalının da redaksiya heyətinin üzvüdür.
İsaxan Vəliyev 15-19 oktyabr 2014-cü ildə Fransanın Nitsa şəhərində keçirilmiş "Şəxsiyyət və milli təhlükəsizlik" Beynəlxalq konfransında "Ekoloji təhlükəsizlik milli təhlükəsizliyin tərkib hissəsi kimi: insanın yaşamaq hüququ konteksində” mövzusunda məruzə ilə çıxış etmişdir.
İsaxan Vəliyev 2015-ci ilin yanvarın 18-dən 25-dək İsrail Dövlətinin paytaxtı Yerusəlimdə, BMT yanında Ümumdünya Sülh Federasiyasının "Yaxın Şərqdə sülh təşəbbüsü” adı altında təşkil etdiyi beynəlxalq konfransda iştirak etmişdir. "Sülh quruculuğu və barışıq” mövzusunda keçirilmiş tədbirdə İsaxan Vəliyev "Azərbaycan tolerantlıq ölkəsidir” adlı məruzə ilə çıxış etmişdir.
Pedaqoji fəaliyyəti
Hüquq elmləri doktoru İ.Vəliyev elmi yaradıcılıqla yanaşı, 2002-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. O, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Siyasi fənlər kafedrasının professoru işləyir.
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti İsaxan Vəliyevi səmərəli elmi-pedaqoji fəaliyyəti və anadan olmasının 50 illiyi ilə əlaqədar Fəxri Fərmanla təltif etmişdir.
İsaxan Vəliyev Azad Həmkarlar İttifaqının sədr müavinidir.