25 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

1956-cı ilin bəyanatı - adalar qaytarılacaqmı?

15.11.2018

Yaponiya və Rusiya liderləri iki ölkənin münasibətlərində sıçrayış hesab ediləcək razılıq əldə ediblər.
NHK telekanalı xəbər verir ki, bu barədə məlumat verən Yaponiyanın Baş naziri Şinzo Abe Rusiya Prezidenti Vladimir Putinlə sülh müqaviləsi ilə bağlı danışıqların 1956-cı ildə qəbul edilən birgə bəyanat əsasında sürətləndirilməsi barədə razılıq əldə etdiklərini bildirib.
Həmin sənəddə qeyd edilir ki, ikitərəfli sülh müqaviləsinin bağlanmasının yekunu olaraq dörd adadan ikisi Yaponiyaya qaytarılacaq.
Baş nazir Şinzo Abe deyib ki, o, Prezident V.Putin ilə bu məsələnin gələcək nəsillərə ötürülməməsi barədə razılaşmanı bir daha təsdiq ediblər. Adalar üzərində suverinitet mübahisəsi II Dünya müharibəsi başa çatdıqdan sonra, 70 ildən çoxdur ki, davam edir.
Ş.Abe qeyd edib ki, Rusiya Prezidenti və o, bərabər səviyyədə bu məsələyə son qoymağa çalışırlar və buna sadiqliklərini təsdiq ediblər. Rusiya Prezidentinin gələn il Yaponiyada keçiriləcək G20 sammitinə qatılacağını qeyd edən Ş.Abe, özünün də gələn ilin əvvələrində Rusiyaya gedəcəyini və V.Putinlə danışıqları davam etdirəcəyini bildirib.
Baş nazir əlavə edib ki, bu razılaşma Prezident V.Putinin və onun özünün sülh müqaviləsinin imzalanması üçün nə qədər qətiyyətli olduqlarını bir daha təsdiq edir.