25 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xorvatiya mediası: Qarabağ Azərbaycanındır - FOTO

14.11.2018

Xorvatiyanın geniş oxucu kütləsinə malik həftəlik "7Dnevno” nəşrində Azərbaycanın bu ölkədəki səfiri Fəxrəddin Qurbanovun "Bütün beynəlxalq aləm Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır” sərlövhəli geniş müsahibəsi dərc olunub.
"Dövran Media" xəbər verir ki, müsahibədə səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, eləcə də Azərbaycan-Xorvatiya münasibətləri ilə bağlı sualları cavablandırıb. O qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın əsas xarici siyasət prioritetidir. Diplomat BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində işğalçı qoşunların Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasının, qaçqın və məcburi köçkünlərin geri qayıtmalarının tələb olunduğunu xatırladıb. O, bütün dünyanın Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığını vurğulayıb.