24 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Millət vəkilindən çağırış: Metroda boğulan insanlar...

14.11.2018

Biz qlobal problemlərin həlli ilə bağlı məsələlərə daha çox diqqət ayırmalıyıq. Hesab edirəm ki, uşaq pulu, şəhidlərin "qan pulu”, tıxac, mənzil dələduzluğu, sayğaclarda limit saxtakarlığı, sökülən evlər və obyektlərlə bağlı kompensasiyaların ödənilməsi ilə bağlı problemlərin həlli yolları tapılmalıdır.
"Dövran Media" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən millət vəkili Fazil Mustafa deyib.
Deputat xatırladıb ki, Azərbaycanın iqtisadi inkişafı nəticələrini göstərir, valyuta ehtiyatlarımız 46 milyard dollardan çoxdur:
"Biz bu vəsaitlərin doğru xərclənməsinin yollarını tapa bilsək, israfçılığa yol verməsək, problemləri həll etmiş olarıq. Biz ölkəmizdəki uşaqların sağlam böyüməsini təmin etməliyik. Başqa ölkələrdə artımın az və ya çox olmasının bizə aidiyyatı olmamalıdır. Biz ölkəmizdə olan uşaqların sağlam böyüməsini ona görə təmin etməliyik ki, gələcək də DSMF-dən asılı olmasın. İndidən uşaqların sağlamlığına diqqət yetirməli, ərzaq və qida məsələlərini həll etməliyik. Əgər buna hökumət vəsait tapmırsa, bunu natural yolla da həll etmək olar”.
Fazil Mustafa bildirib ki, ailələrin 63 faizində nə atanın, nə də ananın rəsmi gəliri var:
"Belə olan halda, bunun sıxıntısını uşaq çəkə bilməz. Eyni qaydada da şəhidlərin pulu ilə bağlı son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çox gərgin və müsbət addımlar atır”.
Fazil Mustafa Bakı metrosunda baş verən problemlərdən də danışıb:
"Tez-tez Azərbaycanda metroda sıxıntı çəkən insanlar havalanma problemindən də əziyyət çəkirlər. Problemin həllini 1 milyon insan metroda havasızlıqdan boğulandan sonra həll edəcəklər? Bu nəqliyyat növü varsa, həllini də tapmalıdır”.