25 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ təhlükəli silahı orduya verir

14.11.2018

ABŞ ordusu bir neçə il ərzində yüksək gücə malik lazer silahları ilə təmin olunacaq.
"Dövran Media" xəbər verir ki, bu barədə ABŞ Müdafiə nazirinin müavini Maykl Qriffin bildirib.
"Fikrimcə, bizi enerji ötürülməsinə hesablanmış hərbi silahların yaradılmasından bir neçə il ayırır. Bu, xüsusən lazer silahlarına aiddir”, - nazir müavini Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxışı zamanı deyib.
Qriffinin sözlərinə görə, bu tip silahların hazırlanması Vaşinqtondan cari maliyyə xərclərinin 3-4 dəfə artırılmasını tələb edəcək. Nazir müavini eyni zamanda ABŞ ordusunun pilotsuz uçuş aparatlarını sıradan çıxara biləcək güclü mikrodalğalı şüalanma vasitəsilə yeni hərbi texnikalar yaratmaq niyyəti barədə danışıb.