25 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rövnəq Abdullayev bu vəzifədən gedir?

14.11.2018

Sosial şəbəkələrdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidentinin dəyişdiriləcəyi barədə məlumatlar yayılı.
Tanınmış idman jurnalisti Natiq Muxtarlı hazırkı AFFA prezidenti Rövnəq Abdullayevin gedəcəyi vaxt və yerinə gələcək şəxsin artıq bəlli olduğunu bildirib.
Məsələ ilə bağlı danışan AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla yayılan informasiyaları təkzib edib:
"Adətən AFFA prezidenti Hesabat Seçki Konfransında seçilir. Hazırda AFFA prezidentinin dəyişdirilməsi və ya yeni namizədin irəli sürülməsi məsələsi gündəmdə yoxdur”.
Qeyd edək ki, AFFA prezidenti Rövnəq Abdullayev 2008-ci ildən bu vəzifədə çalışır.
AFFA-da prezident seçkiləri hər dörd ildən bir keçirilir.