25 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Cinayətkarlar armuda iynə sancıb?!

14.11.2018

Avstraliyanın Melburn şəhərində çiyələklərə iynə sancmaqda şübhəli bilinən qadının həbsindən bir neçə gün sonra armudda da iynə aşkarlanıb.
AZƏRTAC "ABC News” telekanalına istinadla xəbər verir ki, Kvinslend polisi bu günlərdə çiyələklərə iynə taxmaqda şübhəli bilinən Mi Ut Trin adlı qadını həbs edib. Təqribən 50 yaşında olan həmin qadının "Berry Licious” fermasında işlədiyi və cinayəti qisas məqsədi ilə törətdiyi bildirilir.
İynəni armudda "ABC News Breakfast” verilişinin aparıcısı Kler Bonser aşkar edib və bu barədə "Woolworths” supermarketinə məlumat verib. Hadisə ilə əlaqədar təhqiqata başlanılıb.
Hakimiyyət orqanları əvvəllər çiyələk, banan və almada aşkar olunan iynələrlə əlaqədar əhaliyə meyvələri yeməzdən əvvəl kəsməyi tövsiyə edib. Eyni zamanda, cinayətkarlar barədə məlumata görə 100 min Avstraliya dolları məbləğində mükafat təyin edilib.