25 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu gün onun DOĞUM GÜNÜDÜR - Tanıyaq

13.11.2018

Əbülfəs Mürsəl oğlu Qarayev (d. 13 noyabr 1956, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikasının Mədəniyyət naziri:
Qarayev Əbülfəs Mürsəl oğlu 13 noyabr 1956-ci ildə Bakı şəhərində anadan olub.
1963-cü ildə 23 saylı orta məktəbə daxil olub, 1973-cü ildə həmin məktəbi bitirib.
1973-1978-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb.
1978-ci ildə Saatlı rayonunda M. Əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimi işləyib.
1980-1985-ci illərdə Azərbaycan LKGİMK-nın təşkilat şöbəsinin təlimatçısı, bölmə müdiri, 1985-1989-cu illərdə Azərbaycan KP Nərimanov rayon komitəsində təşkilat şöbəsinin təlimatçısı, təbliğat şöbəsinin müdiri vəzifələrində çalışıb.
1989-1992-ci illərdə - Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasında təhsil alıb (1992-ci ilin yanvar ayında "1918-1930-cu illərdə - Azərbaycan mühacirətinin mədəniyyətşünaslıq aspektləri" mövzusunda dissertasiya müdafiə edərək "Fəlsəfə elmləri namizədi" elmi dərəcəsi almışdır).
1992-ci ildə Rusiya İdarəetmə Akademiyası nəzdində menecerlik və marketinq kurslarında, 1992-1993-cü illərdə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun mədəniyyatşunaslıq kafedrasında Baş müəllim olub.
1993-1994-cü illərdə "İMPROTEKS Kommers" kiçik müəssisəsində müdir vəzifələrində çalışıb. 
1994-2001-ci illərdə Gənclər və İdman Naziri, 2001-2006-cı illərdə Gənclər, İdman və Turizm Naziri, 2006-2018-ci illərdə Mədəniyyət və Turizm Naziri vəzifələrində çalışıb. 2018-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət Naziri təyin edilmişdir.
Tələbəlik dövründə müxtəlif seçkili orqanlara seçilmişdir, 1980-1991-ci illərdə Sov. İKP üzvü olmuşdur, Nərimanov rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdir. 
Ailəlidir, bir övladı var.