20 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Asiyanın ən böyük teleskopu HAZIRLANDI

18.08.2018

Kioto Universitetinin tədqiqatçılar qrupu tərəfindən təkcə Yaponiyada deyil, eyni zamanda bütün Şərqi Asiyada ən böyük teleskop istifadəyə verilib.
"Dövran Media" NHK telekanalına istinadla xəbər verir ki, Yaponiyanın qərbində, Okayama prefekturasındakı dağın zirvəsində yerləşən "Seimei” teleskopu jurnalistlərə təqdim olunub. Teleskopun diametri 3,8 metrə bərabərdir.
Alimlərin həmin teleskopu yaratmaqda məqsədi beynəlxalq layihələrə yönəldilən ən böyük teleskoplardan fərqli olaraq, müstəqil tədqiqatlar aparmaqdır. Onlar məsrəfləri azaltmaq üçün teleskop üçün orijinal hissələr də düzəldiblər.
Tədqiqatçıların əsasən qara dəliklərin əmələ gəlmə və ən yeni ulduzlarda partlayışların başvermə səbəblərinin araşdırılması ilə məşğul olacaqları bildirilir.