25 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Maqomayevlə bağlı təqdirəlayiq ADDIM

15.08.2018

Çeçenistanın paytaxtı Qroznı şəhərində 15-18 avqust tarixlərində SSRİ xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş "Orfey-2018” beynəlxalq mahnı festivalı keçiriləcək.
"Dövran Media" xəbər verir ki, bu barədə Çeçenistan Mədəniyyət Nazirliyinin mətbuat xidməti informasiya yayıb.
"Avqustun 15-dən 18-nə qədər Qroznıda möhtəşəm mədəniyyət tədbiri keçiriləcək. 3 gün ərzində teatr-konsert zalında "Orfey-2018” beynəlxalq festival-müsabiqəsi baş tutacaq. Bu festival ilk dəfə olaraq keçirilir və böyük müğənni, SSRİ xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunacaq”, - məlumatda deyilib.