19 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

İrqçilər türk müğənninin rəsmlərini cırdılar - TEHRANDAN VİDEO

14.08.2018

Güney azərbaycanlıların sevimli müğənnisi Əli Pormehr İranın paytaxtı Tehranda irqçilərin hədəfinə çevrilib.
"Dövran Media" bildirir ki, irqçilər müğənninin konsert posterlərini cıraraq, ayaqlar altına atıblar. Müğənniyə qarşı irqçi davranışdan narahat olan soydaşlarımız isə hər kəsi Əli Pormehrin konsertinə dəvət edib.
Qeyd edək ki, avqustun 17-də Tehranda "İranlıların himayişləri" salonunda konsert keçirməyi planlaşdıran Əli Pormehr Güney Azərbaycanın tanınmış müğənnilərindən biridir. İran televiziyasının "Fitilə" verilişində türklərin təhqir olunmasına etiraz olaraq məşhur "Mən türkəm" mahnısını ifa edən Pormehr soydaşlarımızın böyük rəğbətini qazanmışdı.