20 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Birotaqlı evdə yaşamağın FƏSADLARI

13.08.2018

"Dövran Media” Zelv.ruya istinadən xəbər verir ki, tibb mütəxəssisləri belə qənaətə gəliblər ki, birotaqlı mənzildə yaşayış fizioloji və psixioloji xəstəliklərə səbəb ola bilər. 
Alimlərin sözlərinə görə, şəxsi məkanından məhrum insanlar cürbəcür psixoloji durumlardan və diskomfortdan əziyyət çəkirlər. Uşaqlar isə qapalı çərçivədə aktiv hərəkətdə ola bilmədikləri üçün piylənməyə meyilli olur, immunitetləri zəifləyir və tez-tez xəstələnirlər. Xüsusən də, mənzildə çox adam yaşayırsa, mikroblar daha aktiv inkişaf etməyə başlayır. Bütün bunlardan uzaq olmaq üçün imkan daxilində normal yaşayış məkanı seçilməsi məsləhət görülür. Mütəxəssislər belə nəticəyə gəliblər ki, sakit və komfortlu yaşayış üçün bir adama 9 kvadratmetrlik şəxsi məkanı lazımdır. Bu gün Rusiyada normativlərə əsasən, bir adama sahəsi 33 kvadratmetr, cüt adama 42 kvadratmetr və üç adam ücün isə 54 kvadratmetrdən az olmayaraq mənzil düşür.