19 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Cəfər Cabbarlının hekayələri nəşr edildi -Türkiyədə

11.08.2018

Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildən həyata keçirilən "Azərbaycan Kitabının Dünyaya Tanıdılması" (AKDT) layihəsi ilə əlaqədar seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir.
"Dövran media" bildirir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, bu günlərdə layihə üzrə görkəmli dramaturq, şair Cəfər Cabbarlının "Aslan və Fərhad", "Mənsur və Sitarə", "Əhməd və Qumru", "Parapetdən Şamaxı yoluna qədər", "Müfəttiş", "Çocuq", "Altun heykəl", "Qara Qənbər", "Gülzar", "Dilarə", "Dilbər", "Papaq", "Gülər" və "Füruzə" hekayələrindən ibarət kitab nəşr olunub. Şair-tərcüməçi Yurtseven Şen tərəfindən türkcəyə çevrilən və "Sevinç Fırat Zengin Yayıncılık" nəşriyyatında çap olunan kitab türkiyəli oxucuların marağı ilə qarşılanıb.
Qeyd edək ki, Türkiyənin "Sabah" qəzetinin iyul ayının "Kitab" əlavəsində "Azərbaycan kitablarının Türkiyədə yüksəlişi" adlı məlumatda Cəfər Cabbarlının "Hekayələr" kitabı öz əksini tapıb.