23 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nadir Quran nüsxəsi nümayiş etdirilir - BU ÖLKƏDƏ

10.08.2018

İndoneziyanın Palembanq şəhərinin "Əl-Əkbər” muzeyində nadir Quran nüsxəsi nümayiş etdirilir.
"Dövran Media" "Anadolu”ya istinadla xəbər verir ki, Müqəddəs Kitab taxtadan hazırlanıb. Surələr hündürlüyü 1,77 metr, eni isə 1,4 metr olan 30 ədəd lövhənin üzərində yazılıb.
Xəttat Şofvatilla Muhsaib bildirib ki, bu işə 2001-ci ildə başlayıb və 9 ilə onu tamamlayıb:
"Əvvəlcə kağız üzərində məşq edirdim, ayələri kartondan kəsib hazırlayırdım. Mütəxəssislərin müsbət rəylərindən sonra isə artıq ayələri taxta üzərində oymağa başladım”.