18 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Qoçalmamağın çarəsi TAPILDI

10.08.2018

"Dövran Media” Zelv.ruya istinadən xəbər verir ki, alimlər qocalmanın qarşısını alan vasitəni müəyyən ediblər.
Könüllülərdən ibarət bir qrup adam 5 gün ərzində ürək döyüntüsünü göstərən xüsüsi ötürücülərdən istifadə ediblər. Britaniyalı alimlər tədqiqat apararkən aydınlaşdırıblar ki, fiziki hərəkətlər yaşlı adamlarda ürək-damar xəstəliklərinin qarşısını ala bilir. Onların bu işi Science Alert jurnalında dərc edilmişdır. Bristol Universitetinin alimlərinin fikrincə, fiziki aktivlik qocalmanın qarşısını alır. Aparılan eksperimentdə 60-dan 64 yaşadək 1600 könüllü iştirak edib. Təcrübədə işrtirak edənlər beş gün ərzində ürəyin döyüntüsünü ölçən xüsusi ötürücülər geyiniblər. Nəticədə məlum olub ki, idmanla aktiv məşğul olan könüllülərdə digərlərinə nisbətən ürəklə bağlı xəstəlikləri çox az olub. Bildirilir ki, bunun üçün əzələləri möhkəmləndirən məşqlər, qaçmaq, üzgüçülük və velosipedlə hərəkət etmək çox böyük effekt
verir.