23 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sevdiyinə görə 193 kiloqram arıqladı - FOTOLAR

09.08.2018

Sevdiyi oğlana görə yüz doxsan üç kiloqram arıqladı. 
"Dövran Media" xəbər verir ki, ABŞ-ın Oreqon ştatında yaşayan Amber Rachdi adlı qız uşaq yaşlarında kök olub. İyirmi dörd yaşında isə yaşıdlarına baxanda daha artıq çəkiyə malik olub. Çəkisi üç yüz kiloqrama çatanda isə artıq hərəkət etməkdə çətinlik çəkib. Ona hərəkət etməsi üçün ailəsi kömək edib. 
Sevdiyi oğlanla bir yataqda yatmağa belə çətinlik çəkən gənc qız arıqlamağa qərar verir. Əməliyyat olunaraq arıqlamaq istəyən qızın həyatı üçün təhlükə olduğundan yaxınları buna etiraz edirlər. Amber isə qərarında israrlı olduğundan bir müddət sonra televiziyada "Mənim üç yüz kiloqramlıq həyatım” adlı verilişə qatılıb. Bundan sonra həkimlər onu əməliyyat etməyi qərara alıblar. Bir ay ərzində qırx kiloqram arıqlayan Amber sonradan yeməyini də azaldıb və idmanla məşğul olub. Ümumilikdə 193 kiloqram arıqlayan qızın yeni həyatı başlayıb.
"Dövran Media" fotoları təqdim edir.