19 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Türkləri hədəf alan ingilis muzdlular qaçdı

29.05.2020

Liviyadan qaçaraq Maltaya gedən 20 muzdlu hərbçi arasında Böyük Britaniyanın sabiq 5 əsgərinin olduğu ortaya çıxıb.
Bu barədə İngiltərənin "Deyli Teleqraf” qəzeti BMT Təhlükəsizlik Şurasının Liviya ilə bağlı gizli hesabatına istinadən məlumat yayıb.

İddia edilir ki, həmin 5 əsgər Böyük Britaniya Krallığının Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin sabiq əməkdaşları olub. Onları Liviyada Xəlifə Haftar ödənişlə ordusuna cəlb edib. Hərbçilərin hər biri adambaşına 150 min dollara razılaşıb.

Onların işi hücum helikopterləri ilə Türkiyə gəmilərini vurmaq olub.

Əməliyyat alınmadığı üçün muzdlu hərbçilər Maltaya qaçıb.