25 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Onun bu sözləri Afinanı silkələdi

29.05.2020

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulun fəthinin ildönümündə Aya Sofyada Fəth surəsinin oxunacağını deməsi Yunanıstanda böyük rezonans doğurub.

Yunan mediası Ərdoğanın bu çıxışını "Türklərdən misli görünməmiş meydan oxuma" sərlövhəsi ilə təqdim edib.

"Olimpiya" qəzeti Türkiyə liderinin çıxışını belə işıqlandırıb:

"Türkiyə Prezidenti Ərdoğan yeni bir meydan oxumaya imza atdı. O, İstanbulun türklər tərəfindən fəth edilməsinin ildönümündə Aya Sofyada Fərh surəsinin oxunacağını açıqladı".

Yunanıstanın digər media orqanları da sözügedən xəbəri bənzər başlıqlarla yayımlayıb.

Qeyd edək ki, bu gün İstanbulun fəthinin (1453) ildönümü münasibətilə Aya Sofyada Fəth surəsi oxunacaq.