16 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024
11/03/2024

"Milan"dan İbrahimoviçlə bağlı BƏYANAT

26.05.2020

"Milan" hücumçusu Zlatan İbrahimoviçlə bağlı bəyanat yayıb.
"Rossonyerlər" isveçli forvardın zədəsi ilə bağlı yayılan iddialara aydınlıq gətirib.
A seriyası təmsilçisi mətbuatda yazıldığı kimi, veteran oyunçunun topuğunda sınıq olmadığını açıqlayıb: "İbrahimoviç dünənki məşqdə sağ ayağından zədə alıb. Amma topuq nahiyəsində heç bir zədə yoxdur. Zlatan 10 gündən sonra yenidən tibbi müayinədən keçəcək".
Qeyd edək ki, mətbuatda İbrahimoviçin topuq sümüyünün sındığı, 38 yaşlı oyunçunun bu üzdən karyerasını başa vuracağı bildirilib.