24 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ağır qəza: 4 hərbçimiz HƏLAK OLDU

26.05.2020

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində "Saipa” və "Opel” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri "Saipa” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 4 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qəzada dünyasını dəyişənlərin 4-ü də hərbi qulluqçudur. Məlumatı Trend-ə Müdafiə Nazirliyi təsdiqləyib.