19 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Türkiyə və ABŞ prezidentləri telefonla danışıblar

24.05.2020


Mayın 23-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Türkiyə Prezident Administrasiyası xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli məsələlərlə yanaşı, dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə yolları, regional inkişaf, xüsusən Liviya və Suriyadakı vəziyyət müzakirə edilib. Hər iki xalqın koronavirusla mübarizədə həmrəy olduğu bildirilib.

İki lider bölgədə sülh və sabitliyin bərqərar olması üçün sıx siyasi və hərbi əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.