25 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Otellər açılışa hazırlaşır: QİYMƏTLƏR

23.05.2020

İyunun əvvəlində ölkədə turizm sektorunun bərpa olunacağı ehtimalına görə otellər açılış hazırlığına start veriblər.

Pandemiyadan sonrakı açılışla əlaqədar otellər yeni qaydalar da tətbiq edib. Əksər otellərdə turistlərin gigiyenasını təmin etmək üçün dezinfeksiyaedici tunellər yaradılıb. Dezinfeksiyaedici tuneldə dumanlama üsulu ilə püskürdülən dezinfeksiya maddəsi dezinfeks dumana çevrilir və toxunduğu yerlərdə insanı islatmadan mikro-orqanizmləri məhv edir.
Dezinfeksiya tunelinin içərisində olan nozllar vasitəsilə avtomatik olaraq tətbiq olunan dezinfektor istifadəçilərin üzərindəki geyimlərin, əl və üz daxil olmaqla, bütün bədən səthinin dezinfeksiya olmasını tam təmin edir.

Açılışla əlaqədar otellər yeni qiymətlər də müəyyən ediblər. Belə ki, "Quba Palas Otel"də 2 nəfərlik otaq 120 manatadır. Həftə sonu üçün isə qiymət 160 manatdır.

Şabrandakı "Qalaaltı Otel Spa"da 2 nəfərlik standart otağın 1 günü həftə içi 135 manat, həftə sonu isə 185 manatdır.

Şəkidəki "Marxal Otel”də isə 2 nəfərlik standart otaq üçün qiymət 140 manat nəzərdə tutulub.

"Xəzər Palas Otel Lənkəran”da (Khazar Palace Hotel Lankaran) isə 2 nəfər üçün 2 gecə, 3 gün 160 manatdır.

Otellərin tətbiq etdiyi qiymətə standart otaqda gecələmə, səhər yeməyi, fitnes mərkəzi və saunadan, hovuzdan, otaqda isə kofe, çay və sudan istifadə daxildir.