20 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Çində 4 nəfər ölüb - YAĞIŞDAN

23.05.2020


Çinin cənubundakı Quandon vilayətində bur neçə gündür davam edən şiddətli yağışlar 4 nəfərin ölümünə səbəb olub.

Yerli hökumətin məlumatında  xəbər verilir ki, güclü yağışlar vilayətin inzibati mərkəzi olan Quancouda və Donquan şəhərində sel, daşqın, torpaq sürüşməsi və palçıq axını əmələ gətirib. Huanpu rayonunda 9 nəfər dağılmış evin altında qalıb. Xilasedicilər dağıntı altında qalanları 11 saatlıq əməliyyatdan sonra ikisi ölü vəziyyətdə olmaqla çıxarıblar.

Sel və daşqın suları avtomobil yollarına və tunellərə axıb, əkin sahələrini yararsız vəziyyətə salıb, yaşayış məntəqələrində evlərə və digər tikililərə xeyli ziyan vurub. İki nəfər də tuneldə su altında qalan avtomobildə boğularaq ölüb.

Şiddətli yağışlar şəhərdə qatarların və 164 istiqamət üzrə avtobusların hərəkətinin dayanmasına səbəb olub. Bəzi yaşayış məntəqələrində şiddətli yağışlarla əlaqədar ən yuxarı səviyyədə xəbərdarlıq elan edilib və məktəblərdə dərslər təxirə salınıb. Xeyli sakin təxliyə edilib.

Təbii fəlakətin nəticələrinin aradan qaldırılması və sakinlərə kömək üçün 1700-ə yaxın canlı qüvvə, minə yaxın texnika cəlb olunub.

Meteorologiya xidməti şiddətli yağışların mayın 26-dək davam edəcəyini proqnozlaşdırıb.