24 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə ordusu koronavirusla mübarizəyə dəstək verir

08.04.2020

Türkiyə Silahlı Güvvələri bütün dünyanı sürətlə cənginə alan ölümcül yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə ciddi dəstək verir.

Milli Müdafiə Nazirliyinin (MMN) balansında fəaliyyət göstərən otel tipli ordu evləri və qonaq evləri səhiyyə işçilərinin ixtiyarına hazırlanıb. Bundan başqa, MMN digər qurumlarla ortaq layihələr əsasında tibbi maska, spirt tərkibli dezinfeksiya maddələrinin istehsalına başlayıb. Müdafiə naziri Hülusi Akar məlumat verib ki, hazırda qurulan yeni müəssisələr hesabına həftədə 2.5 milyondan çox tibbi qoruyucu maska tədarük edilir.