20 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Ukrayna: 1668 yoluxma, 52 ölü

08.04.2020


Ukraynada koronavirusa yoluxanların sayı 1668 nəfərə çatıb ki, onların 100-dən çoxu uşaqdır. Ən çox yoluxma halı Kiyevdə qeydə alınıb.

Ukraynanın Səhiyyə Nazirliyi xəbər verir ki, son sutkada 206 nəfər bu virusa yoluxub, onlardan 7 nəfəri ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 52 nəfərə çatıb. Koronavirusdan ölənlərin 85 faizində ürək-damar xəstəlikləri, şəkərli diabet, böyrək çatışmazlığı olub. 35 nəfər tam müalicə olunaraq evlərinə qayıdıb. Ukraynada koronavirusun yayılması ilə bağlı pik hədd aprelin 14-dən sonraya proqnozlaşdırılır.

Ukraynada koronavirusa yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır. Ölkənin 15 vilayətində koronavirusla bağlı fövqəladə vəziyyət elan edilib.

Qeyd edək ki, ölkədə aprelin 24-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.