20 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Dünyanın ən varlı insanı kimdir?

07.04.2020

"Amazon” korporasiyasının rəhbəri Ceff Bezos ardıcıl olaraq üçüncü ildir dünyanın ən varlı insanları reytinqinə başçılıq edir.

"Forbes” nəşri xəbər verir ki, dünyanın ən varlı insanlarının 34-cü illik reytinqinə əsasən, Ceff Bezosun varidatı il ərzində 18 milyard dollar azalaraq 113 milyard dollar təşkil edib. Siyahıda ikinci yerdə "Microsoft” kompaniyasının banilərindən biri Bill Qeyts qərarlaşıb. Onun varidatı 98 milyard dollar həcmində qiymətləndirilir.
Fransanın LVMH (Louis Vuitton Moet Hennessy) kompaniyalar qrupunun baş direktoru Bernar Arno üçüncü yerə yüksəlib - 76 milyard dollar. Əvvəlki siyahıda 3-cü olan "Berkshire Hathaway” investisiya fondunun rəhbəri Uorren Baffet isə il ərzində 15 milyard dollar itirərək bir pillə geriləyib. Hazırda onun varidatı 67,5 milyard dollar təşkil edir.

Dünyanın ən varlı insanları reytinqinin ilk beşliyini 59 milyard dollarla Larri Ellison qapayır.

Qeyd edək ki, ümumilikdə "Forbes” reytinqinə dünyanın 2095 milyarderi daxil olub. Onların ümumi varidatı təxminən 8 trilyon dollardır. 2019-cu ildə bu siyahıya daxil olan 2153 milyarderin sərvəti 8,7 trilyon dollara yaxın idi.