25 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İşsizlərə birdəfəlik yardım olunacaq

07.04.2020

Bəzən əmək müqaviləsi ilə işləyən şəxslər də birdəfəlik ödəmə üçün müraciət edirlər. Birmənalı şəkildə bilməliyik ki, dövlətin dəstəyi pandemiya dövründə sosial cəhətdən həssas təbəqəyə aiddir. Əgər ailənin bir üzvü əmək müqaviləsi ilə işləyirsə, ailə üzvlərinin digər nümayəndəsi əlavə dəstək ala bilməz.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu gün birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, gəlir mənbəyi olanların işsizliklə bağlı müraciət etmələri, sadəcə, işi ləngidir. Birdəfəlik ödəmə məhz işsiz hesab edilən və heç bir gəliri olmayan şəxslərə veriləcək. Əgər ailənin bir üzvü dövlətdən hansısa dəstək alırsa (müavinət, sosial yardım, pensiya və s.) ona birdəfəlik ödəmə verilməyəcək. Resurslardan düzgün şəkildə istifadə etməliyik. Son iki gündə 10 minlərlə müraciət emal olunub. Qeydiyyata düşən və haqqı olan hər kəsə ödəmə veriləcək.