25 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

DİN bəzi məsələlərə aydınlıq gətirib

07.04.2020


Daxili İşlər Nazirliyi (DİN) xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran bəzi məsələlərə aydınlıq gətirib.
DİN-in mətbuat xidmətindən bildiriblər ki, polis əməkdaşı karantin rejiminin pozulması haqqında inzibati protokol tərtib etdikdən sonra İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında protokolun sürəti mütləq qaydada barəsində icraat aparılan şəxsə verilir.

"Hazırda respublikanın digər rayonlarında olan Bakı qeydiyyatlı şəxslərin paytaxta qayıtmalarına icazə verilirmi, verilirsə onlar necə qayıda bilərlər” sualına cavab olaraq bildirilib ki, respublikanın şəhər və rayonlarına gedən, Bakı şəhəri üzrə daimi qeydiyyatda olan şəxslər öz avtomobilləri ilə, avtomobilləri olmayanlar isə rayonun və şəhərin hüdudunadək taksilərdən istifadə etməklə paytaxta geri qayıda bilərlər.

O da qeyd olunub ki, ərzaq və dərman almaq üçün, habelə bank və poçt xidmətlərindən istifadə etmək üçün SMS vasitəsilə icazəsi olan şəxslər 2 saat müddətində ev heyvanlarını da gəzdirə bilərlər.