19 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Britaniyanın Baş Nazirinin vəziyyəti necədir

07.04.2020

Koronavirus səbəbindən intensiv terapiya şöbəsinə yerləşdirilən Böyük Britaniyanın Baş Naziri Boris Consonun vəziyyəti gecə ərzində dəyişməyib.

Reuters agentliyi xəbər verir ki, aprelin 6-da Britaniya hökuməti başçısının dəftərxanası Boris Consonun səhhətinin ağırlaşdığını və onun intensiv terapiya şöbəsinə keçirildiyini bildirib. 55 yaşlı hökumət başçısı ehtiyat tədbirləri çərçivəsində reanimasiyaya yerləşdirilib və hələlik ağciyərlərin süni ventilyasiyası sisteminə qoşulmayıb.

Qeyd edək ki, yeni koronavirusun səbəb olduğu xəstəliyin simptomları Boris Consonda artıq on gündür ki, müşahidə edilir. Qızdırması düşməyən və öskürəyi kəsilməyən Baş Nazir bazar günü xəstəxanaya yerləşdirilmişdi.