25 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

COVID-19 peyvəndi müsbət nəticə verib

05.04.2020

Türkiyədə heyvanlar üzərində sınaqdan keçirilən COVID-19 peyvəndi müsbət nəticə verərək, orqanizmdə xəstəlik əleyhinə müdafiə sistemi yaradıb. Yaxın zamanlarda peyvəndin insanlara təsirinin araşdırılması ilə bağlı tədqiqatlara başlanılacaq.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi nəzdində yaradılmış Koronavirusla Mübarizə Elmi Şurasının üzvü professor Ateş Kara sosial media hesabında bildirib.

O, bundan sonra peyvəndin insanları xəstəlikdən qoruyub-qorumaması ilə bağlı araşdırmaların aparılacağını deyib.

Qeyd edək ki, bütün dünyada olduğu kimi, Türkiyə də mütəxəssislər xəstəliyə qarşı dərman və peyvəndin hazırlanması istiqamətində səfərbər olublar.