25 05 2020-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
24/05/2020
23/05/2020
22/05/2020
21/05/2020

Sərnişin avtobusu tuneldə yolayrıcına çırpılıb

29.03.2020

Qələbə meydanı müxtəlif səviyyəli tunel tipli yol qovşağında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yol təsərrüfatına ziyan dəyib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, 4 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusu avtomobil tunelində idarəetmədən çıxaraq yolayrıcına çırpılıb. Nəticədə yolayrıcında quraşdırılmış yol nişanı, elektron tablo və divar üzlükləri sıradan çıxıb. Hazırda qəzanın fəsadları əraziyə cəlb olunmuş agentliyin əməkdaşları tərəfindən aradan qaldırılır.

Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq aidiyyəti üzrə göndərilib.