25 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Psixoloq ŞƏHLA ZEYNALLI təqdim edir: Ani ağrıların SƏBƏBİ

24.05.2018

Psixoloqumuz Şəhla Zeynallının ani ağrılarla ilə bağlı hazırladığı araşdırma xarakterli materialını təqdim edirik.

                                     Psixosomatika -Ani ağrılar

Təsviri: Ani ağrılar dedikdə bədənin hər hansı hıssəsində səbəbi aşkar olmayan və
gözlənilmədən yaranan ağrılar nəzərdə tutulur.

Səbəbləri: Yaşadığımız ölkənin qanunlarında qeyd olunur ki, bir cinayətin törədilməsində günahkar bilinən insan cərimə ödəməli və ya həbsxana cəzası cəkməlidir. Biz də özümüzü günahkar hesab etdikdə eynilə özümüzü cəzalandırmağa çalışırıq. Lakin bu, şüuraltı səviyyədə baş verir. Beləliklə, ani
ağrılar insana nəyisə etdiyi və ya etmədiyi üçün özünü günahlandırdırma xəbərini verir. Bunun həyatın hansı sferasına aid olduğunu bilmək üçün ağrının baş verdiyi bədən üzvünün təyinatına nəzər yetirmək lazımdır.

Çıxış yolu: Əgər siz özünüzü tez-tez günahlandırırsınızsa və ani ağrılardan əziyyət çəkirsinizsə, deməli, elə düşünürsünüz ki, özünü bağışlamağın yolu məhz özünü cəzalandırmaqdır. Təəssüf ki, bu yol səhvdir, cünki siz hər dəfə özünüzü günahka hiss etdikdə hər şeyə yenidən başlamaq məcburiyyətində qalırsınız. Ani ağrıların təhlili günahınızın nə dərəcədə olduğunu aydınlaşdırmaq ücün etibarlı yoldur. Bir hadisədə görünən günahınız olmadığı halda özünüzü günahkar hesab edirsinizsə,
dəyərlər sisteminizi yenidən gözdən kecirməlisiniz.Sizin daxilinizdə eşitdiyiniz səs
başqa bir insanın (adətən bu valideynlərdən birinin səsi olur) səsinin əks-sədasıdır.
Özünüzə və dünyanıza qarşı münasibətinizi dəyişdirin və lazımsız günahkarlıq hissindən qurtulun.