20 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Riad Məmmədov maska alveri edirmiş... - VİDEO

12.03.2020

Daxili İşlər Nazirliyi bir neçə gün öncə koronavirus epidemiyası ilə bağlı tibbi maska qıtlığı yaranan ərəfədə ölkədən bir milyondan çox maska çıxarmaq istəyən şəxsləri saxlamışdı.
Xəbər verildiyi kimi, onların arasında "Avromed” şirkətinin baş direktoru Əzizə Baxşıyevanın həyat yoldaşı Riad Məmmədov olub.
R.Məmmədov Bakıda aptek şəbəkəsinə rəhbərlik edir.
Əldə etdiyimiz məlumata görə, R.Məmmədov həbs edilməsə də, bu işlə bağlı araşdırmalar davam etdirilir. Yekunda o və onunla birgə saxlanılanların əməlinə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, DİN-in sözügedən əməliyyatla bağlı yaydığı açıqlamada qeyd olunurdu ki, son günlər tibbi maskalara artan tələbatdan sui-istifadə edərək, qanunsuz yolla gəlirlərini artırmaq istəyən, ayrı-ayrılıqda fəaliyyət göstərən, aralarında xarici ölkə vətəndaşları da olan bir neçə dəstə ifşa edilib və onların hər bir üzvü saxlanılıb.
Xatırladaq ki, Əzizə Baxşıyeva martın 5-də REAL TV-yə müsahibə verərək, ölkədə yaranan maska qıtlığından danışaraq, bütün ölkəni lazımi qədər maska ilə təmin etdiklərini bildirmişdi.
O qeyd edib ki, insanlara lazım olandan daha çox maska alıb evə yığdığı üçün bu sahədə çətinlik yaranıb. Lakin onun əri Riyad Məmmədov bir milyondan çox maskanı alıb kirayəyə götürdükləri evdə saxlayaraq, qıtlıq yaratmaqda ittiham edilir.
/qafqazinfo/