16 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024
11/03/2024

Cek Ma Asiyanın ən varlı insanı olub

10.03.2020

Çinin "Alibaba” kompaniyasının qurucusu Cek Ma Asiyanın ən varlı insanı olub.
Xəbər verildiyi kimi, Hindistanın "Reliane Industries” holdinqinin sahibi Mukeşa Ambani neft qiymətlərinin kəskin ucuzlaşmasından sonra Asiyanın ən varlı insanları siyahısında ikinci yerə enib. Agentlik Cek Manın varidatını 44,5 milyard dollar həcmində qiymətləndirib ki, bu da Ambaninin sərvətindən 2,6 milyard dollar çoxdur. Ambani sutka ərzində 5,8 milyard dollar, Cek Ma isə 1 milyard dollar itirib.
Əsası 1999-cu ildə Cek Ma tərəfindən qoyulan "Alibaba” Çinin ən iri internet kompaniyasıdır. Qrup Alibaba Pictures, Alibaba.com, AliExpress.com, Taobao.com, Tmall.com kimi bir neçə törəmə kompaniyanın və internet platformanın da sahibidir.