19 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Səudiyyədə qadınlar futbol oynayacaq

26.02.2020

Səudiyyə Ərəbistanı hökuməti ölkədə qadın futbol liqasının təsis edilməsinə icazə verib.
Bu barədə "BBC” məlumat yayıb.
Oyunlar Ər-Riyad və digər şəhərlərdə keçiriləcək.
Səudiyyə Ərəbistanı rəsmiləri bildirib ki, onlar qadınların idman həyatında iştirakını təmin etmək istəyirlər.
Qeyd edək ki, son illər Səudiyyə Ərəbistanında qadınların hüquqlarının bərpası istiqamətində bir sıra addımlar atılıb.
2019-cu ildə Səudiyyə Ərəbistanında qadınlara ərlərinin razılığı olmadan xaricə getməyə, avtomobil idarə etməyə, stadiondan futbol oyunlarını izləməyə icazə verilib.