25 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İƏT-in baş katibi Xocalı ilə bağlı bəyanat verdi

26.02.2020

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd Əl-Osaymin Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı bəyanat yayıb.
Baş katib bildirib ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində Xocalı faciəsi baş verib.
Bəyanatda xatırlanıb ki, İƏT Nazirlər Şurasının 2019-cu ildə Abu-Dabidə keçirilmiş 46-cı sessiyasında Azərbaycan ərazilərində mülki azərbaycanlılara qarşı törədilən əməllərə qiymət verilib.
"Bu əməllər müharibə, insanlıq əleyhinə cinayət və soyqırımı kimi qiymətləndirilib”, - deyə bəyanatda bildirilib.
Həmçinin, Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq suverenlik, ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyinə diqqət çəkilib.