19 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

İranla hava yolu bağlanır? - AZAL-dan açıqlama

24.02.2020

Azərbaycan Hava Yolları QSC İran İslam Respublikası istiqamətində olan hava reysləri barədə məlumat yayıb.

Qurumun mətbuat xidmətindən bildirilib ki, bu istiqamətdə hər hansısa dəyişiklik nəzərdə tutulmayıb.

Çoxsaylı müraciətlərlə əlaqədar olaraq Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidməti bildirir ki, "Buta Airways” aviaşirkəti hazırda İran istiqamətində yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.

AZAL prezidenti Cahangir Əsgərov bildirib ki, aşağıbüdcəli "Buta Eyrveys” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır: "Həmçinin bildirmək istəyirəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda və Azərbaycanın digər hava limanlarında "İran Eyr” aviaşirkəti tərəfindən yerinə yetirilən reyslərə heç bir məhdudiyyət tətbiq olunmayacaq.

Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Azərbaycan Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirib, bu istiqamətdə əlavə tədbirlər görüləcək.