25 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İcra başçısI koronavirusa yoluxdu - İranda vəziyyət KRİTİKDİR

22.02.2020

İranın 13-cü rayonunun icra başçısı Murtaza Rəhmanzadə koronavirusa yoluxub.
O, ötən gecə koronavirus əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
Analizlərinin nəticələri M. Rəhmanzadənin koronavirusa yoluxduğunu təsdiqləyib, analizlərin son nəticəsi yaxın saatlarda açıqlanacaq.
Digər tərəfdən Tehran Şəhər Şurasının sədri Möhsün Haşimi Rəfsəncani və şuranın digər üzvləri onunla təmasda olduğu üçün koronavirusa görə analiz veriblər.
Hadisə ilə əlaqədar Tehran Şəhər Şurasının iclasları təxirə salınıb.
Qeyd edək ki, İranda koronavirus sürətlə yayılmaqdadır. Ölkənin müxtəlif şəhərlərində   insanlar infeksiyaya qarşı tədbirlər görür. Apteklrədə maska çatışmazlığı yaranıb. Bu gün Tehranda maska və infeksiyaya qarşı spirt paylanılacaq.