26 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Erməni millətçi Moskvada rus gənclə görüşən erməni qıza hücum etdi - VİDEO

19.02.2020

Fevralın 15-də Moskvada kafelərin birində gənc oğlanla qıza qarşı hücum olub. Day.az xəbər verir ki, həmin kadrları "Tsarqrad" telekanlı yayımlayıb.
Kafedə istirahət edən iki tələbə gəncə erməni yaxınlaşaraq görüşmələrinə etiraz edib və bu barədə qızın atasına xəbər verəcəyini bildirib, atasının telefon nömrəsini tələb edib. Həmin ermənini özündən çıxaran isə o məqam olub ki, qız erməni, görüşdüyü oğlan isə rus millətindən olub.
Qız atasının telefon nömrəsini vermədikdə həmin şəxs masanın üzərindəki stakanı və salfetləri qıza doğru atmağa başlayıb. Bu halda qız izah etməyə çalışıb ki, onun anası rus, atası erməni əsillidir. Bu izahatdan sonra isə həmin erməni təhqirlərə keçərək onu "zibil" və "millətin üz qarası" adlandırıb.
Məlumata görə, həmin iki gəncə hücum edən şəxs ermənilərin "AspeT" millətçi qruplaşmasının lideri Adam Askoyan olub. Həmin qruplaşmanın 2019-cu ildə yaradıldığı qeyd edilir.