25 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ölümcül döyülən fenomen dünyasını dəyişdi

19.02.2020

Türkiyənin sosial media fenomeni Şehmuz Özdemir (18) dünyasını dəyişib.
Xəbər verildiyi kimi,Antalyada 14 yaşlı H.E. adlı qıza təcavüz etdiyi iddiası ilə onun atası və qardaşı tərəfindən döyülən, 3 gün öncə isə beyin ölümü gerçəkləşən "Ares” ləqəbli fenomen bu gün vəfat edib.
Qeyd edək ki, hadisə fevralın 4-də baş verib. Azyaşlı qızın atası V.E. və oğlu K.E. Aresi reklam razılaşması əldə etmək üçün görüşə dəvət edib və meşəlik əraziyə apararaq onu ölümcül döyüblər.
Faktla bağlı araşdırmaya başlayan polis Şehmuz Özdemiri döyənləri yaxalayıb. Onlar məhkəmədə verdikləri ifadələrində Aresin azyaşlı qızı təcavüz etdiyi əsnada çəkdiyi fotolarla şantaj etdiyini etiraf ediblər.