23 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

MSK daha 5 məntəqənin nəticələrini ləğv etdi

19.02.2020

MSK-nın iclasında 79 saylı İmişli seçki dairəsi üzrə daxil olan şikayətə baxılıb.
MSK-nın üzvü Bəxşeyiş Əsgərov seçki dairəsi üzrə namizəd olmuş İlqar, Hüseynli, İltizam Əkbərli, Murad Fərzəliyevin şikayəti ilə bağlı məlumat verib.
B.Əsgərov qeyd edib ki, İ.Hüseynli DSK-nın 4 məntəqə üzrə qərarını şikayətləndirib: "Daha sonra MSK-ya göndərdiyi şikayətdə məntəqələrin sayı daha çox olub. İltizam Əkbərli də bir sıra məntəqələrdən şikayətini çatdırıb.
Videogörüntülər araşdırılarkən 2 məntəqədə seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən hallar müəyyən edilib. Bunlar 14 və 23 saylı məntəqələrdir. Əsas mübahisələndirilən məsələlər protokolların verilməməsidir”.
B.Əsgərov sosial şəbəkələrdə olan məlumatları və namizədlərin təqdim etdikləri görüntüləri araşdırdıqlarını bildirib: "Bütün bu araşdırmalar nəticəsində Ekspert qrupu bu qənaətə gəlib ki, 14, 16, 21, 23 və 25 saylı məntəqələrdə protokollarda seçicilərin iradəsini ifadə etməyə imkan verməyən hallar müəyyən olunub”.
Daha sonra bu mənətəqədə nəticələr etibarsız sayılıb.
Qeyd edək ki, 79 saylı İmişli seçki dairəsi üzrə Razi Nurullayev 20,9 % səslə lider namizəddir.