25 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çində onlayn təhsil sisteminə başlanılıb - koronavirusa görə

18.02.2020

Çində ay təqvimi üzrə Yeni il bayramı ilə əlaqədar tətildən sonra məktəblərdə dərslər fevralın 17-də başlamalı idi. Ancaq "COVID-19” virusunun kütləvi yayılmasına görə məktəblərin açılışı təxirə salınır. 
Şagirdlərin yenidən məktəblərdə parta arxasında oturacağı tarix hələ ki dəqiq bilinmir. Amma tədris prosesi dayandırılmayıb: milyonlarla çinli məktəbli internet üzərindən biliklərə yiyələnəcək.
Hələ ki, ibtidai və natamam orta məktəb şagirdləri onlayn proqramlardan istifadə imkanına yiyələniblər. Tədris mterialları müəllimlər tərəfindən keçirilən videodərslərdən ibarətdir. Müəllimlərlə məktəblilər arasında dialoq onlayn çat vasitəsilə qurulur. Təhsil saytlarında, həmçinin koronavirusa yoluxmanın qarşısının alınması üzrə təlimatlar yerləşdirilib.