20 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Cavid Hüseynova ağır cəza - VİDEO

18.02.2020

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.
İclasda Azərbaycan Premyer Liqasının XVII turunun oyunlarında qeydə alınmış neqativ hallara hüquqi qiymət verilib.
"Qarabağ”la görüşün 67-ci dəqiqəsində baş hakim Rəhim Həsənovu təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılan "Zirə”nin kapitanı Cavid Hüseynova dörd oyunluq cəza, klubuna 3200 manat cərimə kəsilib (həmin epizoda 4:40-cı dəqiqədən etibarən baxa bilərsiniz).
"Səbail” – "Qəbələ” matçında qırmızı vərəqə alan qonaqların ispaniyalı yarımmüdafiəçisi Fernan Lopes qarşıdakı bir turu buraxacaq. "Qəbələ” isə 200 manat məbləğində cərimələnib.
"Neftçi” – "Keşlə” qarşılaşmasında birincilərin beş futbolçusu, "Sumqayıt” – "Sabah” görüşündə isə ikincilərin dörd üzvü sarı vərəqə alıb. Bu üzdən adıçəkilən klublar 800 manat ziyana düşüb.
Bundan başqa, I divizionda çıxış edən komandalar da cəzalandırılıb.
"Zirə-2” komandası "Sabah-2” ilə matçın ikinci hissəsində paltardəyişmə otağını gec tərk edib. Meydan sahibi komanda beş dəqiqə gecikdiyi üçün 80 manat məbləğində cərimə olunub. Oyunda azarkeşlər üçün tibbi xidmət təşkil edilmədiyi üçün "Zirə-2” daha 80 manat ödəməli olacaq.
"Sabah-2” isə elektron protokolu vaxtında təqdim etməməsi ilə əlaqədar 80 manat ödəyəcək.
"Neftçi-2” – "Sumqayıt-2” matçında elektron əvəzetmə tabloları işləməyib və diktor olmayıb. Bu isə "Neftçi”yə 80 manat cərimə bahasına başa gəlib.
"Kəpəz” – "Keşlə-2” qarşılaşmasında xərək daşıyanların yaşı 18-dən aşağı olub. Bölgə təmsilçisi elektron protokolu da vaxtında təqdim etməyib və topdaşıyan şəxslərin sayı əsasnamədə qeyd olunandan az olub. "Kəpəz” hər bir çatışmazlığa görə 80 manat ödəyəcək.